Пятница, 27 11 2020
Войти Регистрация

Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *

Məni qucaqlayan əllər... - Yuliya Aleyçenko

  • Пятница, 21 декабря 2018 15:59

Yuliya Aleyçenko və Azərbaycan

Yuliya Aleyçenko ilə ötən il Minskdə keçirilən "Sözün diplomatiyası" adlı Beynəlxalq konfransda tanış olmuşam. Yuliya Belarusun gənc, lakin tanınmış müəlliflərindən biridir, Belarusun populyar ədəbi jurnalı sayılan "Polımya"nın məsul katibidir. O, Bakı və azərbaycanlılar haqqında gözəl bir esse yazmışdı, onu oxuyandan sonra Yuliyanın yaradıcılığına marağım artdı, bir neçə şeirini tərcümə etdim. Minskdə mənə öz kitabını da bağışladı və dedi ki, Bakını və azərbaycanlıları tanıdıqdan sonra onları unuda bilmir. Bir neçə il bundan qabaq Bakıda xidməti ezamiyyətdə olarkən Yuliya bizim şəhərin gözəlliyinə, insanlarının səmimiliyinə heyran qalmışdı, bunu öz oçerkində də qeyd etmişdi. Mətndə bizim ölkənin zəngin mədəniyyəti və tarixinə müəllifin heyranlığını ifadə edən emosional, heyrətedici sətirlər çoxdur.
Yuliya Aleyçenkonu təkcə Belarusda tanımırlar, o, həm də MDB məkanında, Şərqi və Qərbi Avropa ölkələrinin ədəbi orqanlarında tez-tez şeir, hekayə və oçerkləriylə çıxış edir. Onun yaradıcılığında müşahidə etdiyim bir cəhəti xüsusi qeyd etmək istərdim: Yuliyanın bədii axtarışları enerji və azad düşüncələrlə doludur. Mənə elə gəlir ki, o, dünyaya sadəcə yeni gözlə baxmır, həm də ona görə yazır ki, dünyanı dəyişdirmək istəyir. 
Yuliya Aleyçenko həm də tanınmış tənqidçi və tərcüməçidir, o, bizim Müşfiqi tərcümə edib, Ekvador, Nepal, Udmurtiya, Türkmənistan, Çin, habelə bizim şair və yazıçılarımızın əsərlərini belarus dilinə tərcümə edib. Bunlar Yuliyanın tərcüməçilik fəaliyyətinin yalnız bir hissəsidir. Hazırda Belarusun qəzet və jurnallarında çeçen, kalmık, mari, Azərbaycan, rumın və digər xalqların şairlərinin əsərləri onun tərcüməsi ilə dərc olunur.
Yuliya 21 dekabr 1991-ci ildə əfsanəvi nasir, dramaturq, şair Vladimir Korotkeviçin doğulduğu Orşda anadan olub. Belarus Dövlət Universitetinin filoloji fakültəsini bitirib. Sonra magistraturada təhsilini başa vurub. Hazırda BDU-da aspiranturada oxuyur. Bu gün Yuliyanın doğum günüdür. Mən bu münasibətlə gənc istedadlı Belarus şairini təbrik edir, ona həyat və yaradıcılıq yollarında sevinc dolu günlər arzulayır, onun iki şeirini "AzPress.az" Portalına təqdim edirəm.


Kamran Nəzirli

Qəlbimi çoxdan bölmüşəm...


Qəlbimi çoxdan bölmüşəm:
Kimə - sevgi,
kimə nifrət düşüb.
Kimə - əfv,
kiməsə - günahın isti göz yaşları.

 

Onda, deməli,
Xəyalım əzablara can verir,
ağrıdır,
yoxsa qabırğam içimi dağıdır-
azadlıq, 
rahatlıq diləyir məndən?

 

Yox, mənim ümidlərim
yalançıdır, naşıdır,
Səadətimin gic quşudur -
oxuyur,
nəğməsini hətta onu sən
Unutqanlığın
daş Divarı arxasından 
eşidə bilərsən...

 

                                                                                      ***


Məni qucaqlayan əllər...


Məni qucaqlayanların
əlləriylə
Şiva artıq çoxdan
dünyaları dağıdır.

 

Mənə ehtirasla baxanların 
gözləriylə
Arqus artıq çoxdan
silib-süpürür
sonsuz sürüləri...

 

Məni acı-acı 
öpən dodaqlarla
dünyəvi həzzlərin 
baxçasında
güllər bitib, göyərib.

 

Və yalnız sən,
qəlbinlə 
sanki Danko kimi
mənim qaranlığımı
işıqladırsan...

 

                                                                                    ***

 

Əlim yetsin işığa...


Gərək ulduzlara
nərdivan qoyum -
əlim yetsin işığa.
Qoy bizim üçün də
Venera parlasın -
ətirli bir yay səhərinin
şəfəqləri arasından
işıq saçsın.


Qoy mən hər an
əbədiyyəti hiss edim, duyum,
Qoy qollarımı açmağa
qorxum,
Qoy bizə şər və uzaq
adamlar
Daha yalan danışmasınlar...

 

 

Sarı bir səhər...


Sarı bir səhər,
elə bil stəkandakı çaydı -
götür və iç,
səmanı və otu hiss elə,
Əllərin elə bil buludlardı -
başımı yellədir,
Pıçıltı eşidirəm:
uzaq üfüqlərin başından
yeni günün səsi gəlir.

 

 


Tərcümə etdi: Kamran Nəzirli

 

 

Şiva - Çox əli olu hind əfsanəvi ilahəsi, dünyanı dağıtmağa hazırlaşan ilahə
Arqus - Qədim yunan əsatirlərindəki çoxgözlü div, daim ayıq-sayıq olan qorxunc varlıq
Danko - Maksim Qorkinin "İzergil qarı" hekayəsindəki personaj, yanan ürəyi ilə özünü qurban verərək xalqını xilas edən obraz.

 

Sourse: azpress.az

Прочитано 3563 раз